Moskva vilayətindəki icmamız Xocalıda dinc əhaliyə qarşı zorakılıq aktını pisləyib

 Moskva vilayətinin İstra şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Moskva vilayətindəki icmamız Xocalıda dinc əhaliyə qarşı zorakılıq aktını pisləyib
Yayın: 02 Mart 2023 KÜLTÜR SANAT Google News

 

 

 

 

Moskva vilayətindəki icmamız Xocalıda dinc əhaliyə qarşı zorakılıq aktını pisləyib
, 2023
Moskva vilayətindəki icmamız Xocalıda dinc əhaliyə qarşı zorakılıq aktını pisləyib
Moskva vilayətinin İstra şəhərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının “Dedovskaya” şəhər kitabxanasında təşkil etdiyi mərasimdə öncə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki zəlzələ nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə “Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov, təşkilatın Ağsaqqallar Şurasının üzvləri Ayaz Babaşov, Tahir Hacıyev, İdarə Heyətinin üzvləri Hidayət Məmmədov, Abdulla Aqili, İstra və Dolqoprudnudakı yerli milli-mədəni muxtariyyətinin sədrləri Nemət Ağayev, Namus Nağıyev, İstradakı müsəlman icmasının rəhbəri Əli Həsənov, İstra imamı Hacı Saparçayev və başqaları çıxış ediblər. Çıxış edənlərin hamısı Xocalıda dinc əhaliyə qarşı zorakılıq aktını pisləyib və bu dəhşətli qırğını törədən erməni cinayətkarlarının cəzalandırılmasını tələb ediblər.

“Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı adından kitabxanaya Azərbaycan və Xocalı həqiqətləri barədə kitablar hədiyyə edlib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/moskva-vilayetindeki-icmamiz-xocalida-dinc-ehaliye-qarsi-zorakiliq-aktini-pisleyib-2496

 

 

Son Güncelleme: 02 Mart 2023