İğdırda Novruz bayramı qeyd edilib
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən #Azərbaycan Evində #Novruz bayramı münasibətilə tədbir keçirilib.
📌https://t.co/Skofn1sBN4 pic.twitter.com/TnwjVVHOO6— Azerbaijani Diaspora (@DiasporaAz) March 23, 2023
İğdırda Novruz bayramı qeyd edilib
, 2023
İğdırda Novruz bayramı qeyd edilib
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar türk dünyasını bayram münasibətilə təbrik edib. Bildirib ki, 6 fevral 2023-cü il tarixində baş vermiş dağıdıcı zəlzələ səbəbindən bu il türk dünyasının qapısı olan İğdırda Novruz bayramı coşğu ilə qeyd edilmir. “Bu il bayram ancaq ailə ocaqlarında qeyd olundu. Zəlzələdə həyatını itirən vətəndaşlarımızı rəhmətlə yad edirik”, – deyə dərnək sədri söyləyib.
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən #Azərbaycan Evində #Novruz bayramı münasibətilə tədbir keçirilib.
📌https://t.co/Skofn1sBN4 pic.twitter.com/TnwjVVHOO6— Azerbaijani Diaspora (@DiasporaAz) March 23, 2023
Novruz bayramının tarixi, adət-ənənələri barədə ətraflı məlumat verən dərnək sədri bildirib ki, mədəniyyət bir xalqın həyat tərzini ifadə edir. “Mədəniyyətimizdə mühüm yeri olan bu bayramı biz də nəsildən-nəslə ötürməliyik. Biz milli dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimizi qorumalı və yaşatmalıyıq. Baharın müjdəçisi olan Novruzun sevgi, qardaşlıq və tolerantlıq hisslərinin güclənməsinə vəsilə olmasını diləyirik”.
Tədbir Novruza xas şirniyyatların paylanması və yumurta döyüşdürülməsi ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/igdirda-novruz-bayrami-qeyd-edilib-2663