Diaspor fəalı Ukrayna Ali Radasının sədrinin müşaviri təyin olunub
#Azərbaycan diasporunun fəalı #Ukrayna da yüksək vəzifəyə təyinat alıb.
📌 https://t.co/LHSe2hBriJ#AzerbaijaniDiaspora pic.twitter.com/7aTIJc2qRX
— Azerbaijani Diaspora (@DiasporaAz) May 4, 2023
Diaspor fəalı Ukrayna Ali Radasının sədrinin müşaviri təyin olunub
, 2023
Diaspor fəalı Ukrayna Ali Radasının sədrinin müşaviri təyin olunub
Azərbaycan diasporunun fəalı Ukraynada yüksək vəzifəyə təyinat alıb.
Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə Heyətinin üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna Ali Radası sədri Ruslan Stefançukun müşaviri təyin edilib.
Qeyd edək ki, Hikmət Əlövsət oğlu Cavadov 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) V.M.Koretskiy adına Dövlət və Hüquq İntitutunda 2008-ci ildə hüquq elmləri namizədi, 2018-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb. Hazırda UMEA-nın Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışır. İki elmi monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir.
#Azərbaycan diasporunun fəalı #Ukrayna da yüksək vəzifəyə təyinat alıb.
📌 https://t.co/LHSe2hBriJ#AzerbaijaniDiaspora pic.twitter.com/7aTIJc2qRX
— Azerbaijani Diaspora (@DiasporaAz) May 4, 2023
Elmi işlərlə yanaşı, ictimai fəaliyyətlə məşğul olan H.Cavadov 2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukraynada diaspor mərkəzinin baş koordinatoru vəzifəsini icra edib. 2019-cu ildə Ukrayna Azərbaycanlıları Radasının təsisçilərindən və həmsədrlərindən biri olan H.Cavadov 2022-ci ildə keçirilən sonuncu qurultayda Nizamnaməyə edilən dəyişikliklərdən sonra fəaliyyətini UAR İdarə Heyətinin üzvü kimi davam etdirir.
Hazırda Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun katibi vəzifəsini icra edən H.Cavadov 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2021-ci ildə “Diaspor fəaliyyətində fərqlənməyə görə” medalı ilə təltif edilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/diaspor-feali-ukrayna-ali-radasinin-sedrinin-musaviri-teyin-olunub-2878
#Azərbaycan diasporunun fəalı #Ukrayna da yüksək vəzifəyə təyinat alıb.
📌 https://t.co/LHSe2hBriJ#AzerbaijaniDiaspora pic.twitter.com/7aTIJc2qRX
— Azerbaijani Diaspora (@DiasporaAz) May 4, 2023