“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib

 “Ana dili – <a href="https://twitter.
“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib
Yayın: 16 Temmuz 2023 Bugün, GÜNDEM Google News

 

 

 

Ana səhifə
/
Xəbərlər
/
“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib

 

, 2023

 

 

 

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimi keçirilib

 

 

 

 

Bakıdakı Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat tədbiri keçirilib.

 

 

 

 

Dünyanın 20-dən çox ölkəsini təmsil edən diaspor təşkilatları nümayəndələrinin də iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himni və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

 

 

“Ana dili – Azərbaycan məktəbi” barədə məlumat verən Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə bildirib ki, layihə ana dilimizin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub. “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.

“Ana dili – Azərbaycan məktəbi”nin məzmun üzrə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyeva tədbir iştirakçılarına virtual məktəbin fəaliyyəti, proqramın məzmunu və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib.

 

 

 

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli ana dilinin hər bir xalq üçün birləşdirici faktor olduğunu bildirib, layihə iştirakçılarına uğurlar arzulayıb.

 

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli xarici ölkələrdə fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəblərinin fəaliyyəti barədə məlumat verib, Komitənin layihəyə hər cür dəstək verməyə hazır olduğunu söyləyib.

Sonda diaspor nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Ana dili – Azərbaycan məktəbi”nin tədris proqramı 3 yaş qrupu üçün 3 səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. 2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu ilin 15 sentyabr tarixindən başlanılacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.

İyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi 12 avqust 2023-cü il tarixinədək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ana-dili-azerbaycan-mektebi-layihesinin-teqdimat-merasimi-kecirilib-3212

 

 

Son Güncelleme: 16 Temmuz 2023