İstanbulda yaşayan azərbaycanlılara müraciət olunub

 🗓️ 23 sentyabr-3 oktyabr tarixlərində <a href="https://twitter.
İstanbulda yaşayan azərbaycanlılara müraciət olunub
Yayın: 09 Eylül 2023 Bugün, GÜNDEM Google News

 

 

 

İstanbulda yaşayan azərbaycanlılara müraciət olunub

2023

İstanbulda yaşayan azərbaycanlılara müraciət olunub

 

 

Müraciətdə deyilir: “ İstanbulda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

23 sentyabr-3 oktyabr tarixlərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun binasında Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrup tərəfindən qəbulu keçiriləcəkdir.

 

 

 

Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə)

2. Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə)

3. Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün)

4. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Doğum haqqında şəhadətnamənin surəti

2. Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti

QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

 

Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Etibarlı ümumvətəndaş pasportunun surəti

2. Subaylıq haqqında arayış

3. Nikahın bağlanması haqqında tərəflərin ərizəsi

4. Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)

5. Tibbi müayinədən keçdiyini təsdiq edən arayış

Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

1. Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi

2. Valideynlərin ərizəsi

3. Valideynlərin etibarlı pasportlarının surəti

Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. Valideynlərin ərizəsi

2. Valideynlərin pasportlarının surəti

3. Doğum haqqında şəhadətnamələrin surəti

Qəbul vaxtları:

Şənbə və bazar günləri: 10.00-18.00

İş günləri: 16.00-19.00

Əlaqə: +90 850 800 0515

+90 506 595 32 40”

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/turkiye-respublikasinin-istanbul-seherinde-yasayan-azerbaycan-respublikasi-vetendaslarinin-nezerine-3436

 

 

Son Güncelleme: 09 Eylül 2023