No:141/24, Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbiri barədə mətbuat məlumatı
1 aprel 2024-cü il tarixində müqəddəs Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə iftar tədbiri təşkil olunub.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərini çatdıran nazir Ceyhun Bayramov bu dəyərli ayda bütün İslam dünyasına sülh, rifah və əmin-amanlıq arzu edib.
Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbiri barədə mətbuat məlumatıhttps://t.co/0fPgBWp9yj pic.twitter.com/YAmjWVznAQ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 1, 2024
Nizam-intizam, qarşılıqlı anlayış və dəstəyi özündə ehtiva edən müqəddəs Ramazan ayının müsəlman aləmini bir-birinə daha da yaxınlaşdırdığını bildirən nazir Ceyhun Bayramov İslamın bu yüksək dəyərlərinin öz növbəsində milli irsimizin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində yaşadığı, heç bir zəmində diskriminasiyasının mövcud olmadığı məmnunluqla vurğulanıb.
Müqəddəs Ramazan ayını qeyd etdiyimiz bu günlərdə, İslam aləminin üzləşdiyi bir sıra çağırışlara, İslamofobiya meyllərinə, müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması kimi məsələlərə vurğu edilib. Bu kimi təhdidlərin bir sıra ölkələrin milli siyasətinə çevrildiyi qeyd edilib və bundan ciddi narahatlıq ifadə olunub.
Bununla yanaşı, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin, xüsusilə İsrail-Fələstin münaqişəsinin yenidən alovlanmasının, Qəzza bölgəsindəki humanitar vəziyyətin ciddi narahatlıq doğurduğu bildirilib, tezliklə atəşkəs əldə olunmasının vacibliyi vurğulanıb. Mövcud çağırışlara qarşı birgə mübarizədə, habelə münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinin təşviqində birlik və həmrəyliyin nümayiş olunmasının əhəmiyyəti qeyd edilib.
30 ilə yaxın münaqişədən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının ölkəmiz və bölgəmiz üçün əhəmiyyətindən bəhs edən nazir, hərbi işğalın aradan qaldırılmasının, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun şanlı zəfərinin eyni zamanda, İslam dininə aid abidələrin də dağıdılmasına son qoyduğunu qeyd edib.
Tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbiri barədə mətbuat məlumatıhttps://t.co/0fPgBWp9yj pic.twitter.com/YAmjWVznAQ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 1, 2024
Daha sonra çıxış edən ölkəmizdəki diplomatik korpusun duayeni, Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim Ramazan ayı münasibətilə bütün müsəlman aləminə sülh, əmin-amanlıq və tərəqqi arzu edərək, bütün ibadətlərin qəbul olmasını diləyib.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi İmam Qurban Əliyev tərəfindən iftar duasının oxunmasından sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
Kaynak:https://mfa.gov.az/az/news/no14124
Tacikistan Cumhuriyeti UNESCO Ulusal Komisyonu Yönetim Kurulu Toplantısı
Мемлекет басшысы Германия Президенті Франк-Вальтер Штайнмайерге көңіл айту жеделхатын жіберді
Meeting of the Board of the National Commission of the Republic of Tajikistan for UNESCO
Глава государства принял президента Казахстанской федерации гимнастики Алию Юсупову
Devlet Başkanı, Kazakistan Jimnastik Federasyonu Başkanı Aliya Yusupova’yı kabul etti
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады