Almaniyada soydaşımız medalla təltif olunub
2024
Almaniyada soydaşımız medalla təltif olunub
Almaniyada soydaşımız medalla təltif olunubhttps://t.co/3SaqJDi7td pic.twitter.com/ET4UpOtCWl
— Azerbaijani Diaspora (@DiasporaAz) August 29, 2024
Almaniyadakı Azərbaycan diasporunun fəal üzvü, Dr. Rəhim Şmidt mükafata layiq görülüb. O, Almaniyanın Reynland-Pfalts Vilayətinin Səhiyyə Nazirliyində ictimai rifah naminə sosial və humanitar sahələrdə göstərdiyi çoxillik fəaliyyətə görə vilayətin “Xidmətlərə görə medalı” ilə təltif olunub. Medal vilayətin səhiyyə naziri Klemens Hox tərəfindən ona təqdim olunub.
Reynland-Pfaltsın baş naziri Aleksandr Şvaytser və Maynz şəhərinin meri Nino Haase bu münasibətilə Dr. Rəhim Şmidti təbrik ediblər.
Dr. Rəhim Şmidt Almaniyada uğurlu fəaliyyəti ilə seçilir. O, əyalət parlamentinin keçmiş üzvü, Reynland-Pfaltsda ilk tibb bacısı palatasının yaradılmasının təşəbbüskarı olub. Uzun müddət insan haqları və qaçqınlara dəstək sahəsində könüllü fəaliyyət göstərib.
Almaniyada soydaşımız medalla təltif olunubhttps://t.co/3SaqJDi7td pic.twitter.com/ET4UpOtCWl
— Azerbaijani Diaspora (@DiasporaAz) August 29, 2024
Qeyd edək ki, Dr. Şmidt “Almaniyada Yoxsulluq və Sağlamlıq” birliyinin sədr müavini, Almaniyada “Həyat İzi” fondunun ali nümayəndəsi, Mainz Universitet Xəstəxanasında ümumi tibbi təcrübə kampusunun rəhbər müavinidir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-soydasimiz-medalla-teltif-olunub-5038
В Казани активисты «Единой России» сыграли с журналистами футбольный матч
Birleşik Rusya’nın desteğiyle Çukotka ve Kemerovo’da satranç ve tenis turnuvaları düzenlendi
رسالة من آصف أتاسوي بمناسبة الذكرى السنوية الـ 187 لتأسيس منظمة الدرك
Message from Asaf Atasoy on the 187th Anniversary of the Gendarmerie Organization
MEHMET TAŞ`DAN JANDARMA TEŞKİLATI’NIN 187. KURULUŞ YIL DÖNÜMÜ MESAJI
Asaf Atasoy `dan Jandarma Teşkilatı’nın 187. Kuruluş Yıl Dönümü Mesajı