Moldova paytaxtında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib

 Kişinyov şəhərindəki Milli Tarix Muzeyində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.
Moldova paytaxtında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib
Yayın: 26 Şubat 2023 KÜLTÜR SANAT Google News

 

 

 

Moldova paytaxtında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib
, 2023
Moldova paytaxtında Xocalı soyqırımı ilə bağlı konfrans təşkil edilib
Kişinyov şəhərindəki Milli Tarix Muzeyində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan konfransda Moldovanın rəsmi şəxsləri, Azərbaycan Milli Məclisinin üzvləri, diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.

Öncə Xocalı qurbanlarının və Türkiyədəki dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans “İstoqram#Xocalı” filminin nümayişi ilə davam edib.

Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldova Prezidenti Aparatının rəhbəri Andrey Spınu, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov, Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vitali Jakot, politoloq Ruslan Şevçenko və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxış ediblər.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, erməni quldurlarının xalqımıza qarşı həyata keçirdikləri təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində törətdikləri cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyi, bu faciənin təkcə xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu, bu hadisələrin bir daha təkrarlanmaması üçün bütün ölkələrin Xocalı soyqırımını qınamasının zəruriliyi, erməni cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cavab verməsinin vacibliyi bütün çıxışların əsasını təşkil edib.

Prezident İlham Əliyevin Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyinə diqqət cəlb edilib. Heydər Əliyev Fondunun bu yöndə sistemli və ardıcıl fəaliyyət göstərdiyi, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası vasitəsilə erməni millətçilərinin əsl simasını ifşa edən dəhşətli faktların beynəlxalq ictimaiyyətə çatdırıldığı vurğulanıb. Eyni zamanda qeyd edilib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir, regionda bütün xalqların marağında olan sülhün və əmin-amanlığın bərqərar olması naminə dövlətimiz ciddi səylər göstərir.

Ermənistanın qəsbkar və təcavüzkar siyasəti nəticəsində vaxtilə əzablı günlər keçirən xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etməsindən sonra başıuca gəzdiyini bildirən Azərbaycan səfiri tədbirdə iştirak edən Moldova Azərbaycan Konqresinin gənclərini Xocalı soyqırımının Moldova parlamenti tərəfindən tanınması üçün təşəbbüs göstərməyə çağırıb.

Moldova rəsmiləri ölkələrinin Azərbaycanın kədərini bölüşdüyünü nəzərə çatdırıblar. “Biz təcavüzkarları qınamalı, sülh uğrunda mübarizə aparanların tərəfini tutmalıyıq. Mən şadam ki, Azərbaycan və Ermənistan arasında sülhə aparan tərəqqi görünür”, – deyə Moldova Prezidenti Aparatının rəhbəri Andrey Spınu bildirib.

“Bu faciəni törədənlər və əli olanlar layiqli cəzalarını almalıdırlar ki, nə bu gün, nə də gələcəkdə belə dəhşətli cinayətlər bir daha təkrarlanmasın”, – deyə Vitali Jakot vurğulayıb.

Konfrans çərçivəsində Xocalı soyqırımını əks etdirən fotoşəkillər nümayiş etdirilib, tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımı haqqında broşürlər, döş nişanları və “Sonsuz dəhliz” filminin diskləri paylanılıb.

Tədbir yerli kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/moldova-paytaxtinda-xocali-soyqirimi-ile-bagli-konfrans-teskil-edilib-2434

 

 

Son Güncelleme: 26 Şubat 2023