2025
Afrikada Azərbaycan şirkətlərinin iştirakı ilə ilk biznes-forum keçirilib
Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı ilə birinci Efiopiya-Azərbaycan biznes-forumu keçirilib.
100-dən çox iştirakçının qatıldığı forum AFAZ-ın (Africa-Azerbaijan Cooperation) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
https://x.com/DiasporaAz/status/1994399599931384124
Forumun açılış mərasimində Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Ruslan Nəsibov, Efiopiya Xarici İşlər Nazirliyi — Biznes Diplomatiyası üzrə baş direktor səfir Yohannes Fanta, Efiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının vitse-prezidenti Sebsib Abafira Abajobir, Əddis-Əbəbə Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Baş katibi Meseret Molla Kassahun çıxış edib.
https://x.com/DiasporaAz/status/1994399599931384124
Azərbaycan biznesinin Afrika bazarına inteqrasiyası üçün real imkanlar yaradacaq forum, həmçinin iki ölkənin sahibkarları arasında birbaşa dialoqa start verib. Şirkətlər qida və kənd təsərrüfatı, tikinti, logistika, ticarət, ixrac-idxal, sənaye materialları və digər sahələr üzrə təmsil olunub.
Africa-Azerbaijan Cooperation (AFAZ) təşkilatının təsisçisi Dr.Rəna Qəfərova forumun məqsədləri, Afrika-Azərbaycan əməkdaşlığının perspektivləri və konkret investisiya — ticarət imkanları barədə geniş təqdimatla çıxış edib.
https://x.com/DiasporaAz/status/1994399599931384124
Forum çərçivəsində Azərbaycan və Efiopiya tərəfləri arasında özəl sektora aid 3 anlaşma memorandumu imzalanıb, həm B2G (Business-to-Government), həm B2B (Business-to-Business) danışıqlar aparılıb.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/afrikada-azerbaycan-sirketlerinin-istiraki-ile-ilk-biznes-forum-kecirilib-6384
https://x.com/DiasporaAz/status/1994399599931384124
Duşanbe’de konsolosluk görüşmeleri
Azərbaycan Sidneydə keçirilən ənənəvi Türk Festivalında təmsil olunub
رسالة من آصف أتاسوي، رئيس مجلس إدارة شركة أسفا القابضة، بمناسبة أسبوع مولانا.
SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN MEVLANA HAFTASI MESAJI
“Gezici Radar” Kayseridəki Şuşa Azərbaycan Evindən reportaj yayımlayıb
Tacikistan Cumhuriyeti’nin 2003 Somut Olmayan Kültürel Mirasın Korunması Sözleşmesi’nin Uygulanmasına ve UNESCO Temsili Listesi’nde Yer Alan Unsurların Güncel Durumuna İlişkin Periyodik Raporunun Kabulü