AK Parti Sədrinin birinci müavini YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.https://t.co/ITMhylMxAg pic.twitter.com/sqGczZZc8e
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 31, 2023
Xəbərlər
AK Parti Sədrinin birinci müavini YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
31 Yanvar 2023
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətini salamlayan Numan Kurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşıdığını diqqətə çatdıran Numan Kurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
kaynak:http://www.yap.org.az/az/view/news/71743/ak-parti-sedrinin-birinci-muavini-yap-gencler-birliyinin-numayende-heyetini-qebul-edib
AK Parti Sədrinin birinci müavini YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.https://t.co/ITMhylMxAg pic.twitter.com/sqGczZZc8e
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) January 31, 2023
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’ndaki belediyelerde aile kutlamaları düzenledi
«Единая Россия» провела семейные праздники в муниципалитетах ХМАО
Blagoveshchensk’teki Birleşik Rusya kamu destek merkezinde, engelli çocukları olan anneler için bir fitness merkezi kuruldu
В штабе общественной поддержки «Единой России» в Благовещенске устроили фитнес-площадку для мам детей с ОВЗ
Birleşik Rusya’nın desteğiyle Rostov-on-Don’da Sovyet halkına yönelik soykırıma adanmış bir sergi açıldı
В Ростове-на-Дону при поддержке «Единой России» открылась экспозиция, посвященная геноциду советского народа