Aktaudakı həmyerlilərimiz terrorçuların cəzalandılmasını tələb edib

   <a href="https://twitter.
Aktaudakı həmyerlilərimiz terrorçuların cəzalandılmasını tələb edib
Yayın: 30 Ocak 2023 KÜLTÜR SANAT Google News

 

 

 

Aktaudakı həmyerlilərimiz terrorçuların cəzalandılmasını tələb edib
30 yanvar, 2023

Aktaudakı həmyerlilərimiz terrorçuların cəzalandılmasını tələb edib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş xain terror aktı Qazaxıstanın Mangistau vilayətində hiddətlə qarşılanıb.

Ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğunda bir araya gələn konsulluq əməkdaşları və Azərbaycan diaspor təşkilatlarının rəhbərləri terror aktı zamanı Səfirliyin qətlə yetirilmiş əməkdaşı, təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu ehtiramla yad ediblər.

Tədbir iştirakçıları baş vermiş hadisəyə kəskin etiraz etdiklərini bildirib, bu qanlı olayı Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktı və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Soydaşlarımız İran hökumətindən terror aktını törədənin və onun mənsub olduğu terror təşkilatının üzvlərinin ən qısa zamanda tutularaq qanun çərçivəsində mühakimə olunmasını və cəzalandırılmasını tələb ediblər.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/aktaudaki-hemyerlilerimiz-terrorcularin-cezalandilmasini-teleb-edib-2290

 

 

 

Son Güncelleme: 30 Ocak 2023