Almatı şəhərində Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib

Almatı şəhərində Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib    Qazaxıstanın Almatı şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.
Almatı şəhərində Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib
Yayın: 27 Haziran 2023 KÜLTÜR SANAT Google News

Almatı şəhərində Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib

 

 

2023

 

 

 

 

Almatı şəhərində Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq forum təşkil edilib

 

 

 

Qazaxıstanın Almatı şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib.

 

 

 

“Ata Yurd Nomad” Respublika İctimai Birliyi və Dünya Ahıska Türkləri Birliyinin birgə təşkilatçılığı ilə baş tutan forumda öncə ümummili lider Heydər Əliyevin, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, Abay bölgəsində yanğın zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət himnləri səsləndirilib.

 

 

 

Tədbir ulu öndər Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini, eləcə də Qazaxıstanla Azərbaycanın dostluq və sıx əməkdaşlıq münasibətlərini əks etdirən videoçarxla davam edib.

 

 

 

 

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türkiyənin Qazaxıstan Respublikasındakı səfiri Mustafa Kapucu, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatıdakı təmsilçisi Bakıtcan Bulegenov, “Ata Yurd Nomad” birliyinin sədri Süleyman Əhmədov, DATÜB sədri Ziyəddin Kassanov, “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən İsmayılov, digər rəsmi şəxslərin, diaspor və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdiyini bildiriblər. yubileyi Türkiyə Respublikasının yaradılmasının 100 illiyinə təsadüf edən ulu öndərin türk dünyasının bir araya gəlməsində müstəsna rolundan danışıblar. Heydər Əliyevin ən böyük arzusunun Qarabağın işğaldan azad edilməsi olduğunu xatırladan natiqlər Prezident İlham Əliyevin ata vəsiyyətini böyük bacarıqla yerinə yetirdiyi məmnunluqla vurğulanıb.

Tədbir çərçivəsində “Heydər Əliyev – 100” kitabı və “Türk birliyi” jurnalının Heydər Əliyevə həsr edilmiş xüsusi buraxılışı təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almati-seherinde-heyder-eliyevin-100-illiyi-munasibetile-beynelxalq-forum-teskil-edilib-3146

Son Güncelleme: 27 Haziran 2023