Antalyada Şuşanın 270 illiyi qeyd edilib

 Türkiyənin Antalya şəhərində <a href="https://twitter.
Antalyada Şuşanın 270 illiyi qeyd edilib
Yayın: 13 Aralık 2022 Bugün, GÜNDEM Google News

 

 

 

Antalyada Şuşanın 270 illiyi qeyd edilib
2022

Antalyada Şuşanın 270 illiyi qeyd edilib

Türkiyənin Antalya şəhərində Şuşanın 270 illiyinə həsr olunmuş “Cənnətim Qarabağ” adlı silsilə tədbirlər keçirilib.

İncəsənət və Gülverən Anadolu liseylərində, eləcə də Erdem Bayazıt Mədəniyyət Mərkəzində baş tutan tədbirlər Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi, Antalya Təhsil şöbəsi və Kəpəz Bələdiyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirlərdə qonaqları Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova salamlayıb. Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının müəllimi Hicran Sadıqzadə ölkəmizin mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinin tarixi barədə ətraflı məlumat verib. Antalya Təhsil İdarəsinin müdürü Emre Çalışkan və başqaları çıxışlrında Azərbaycan və Türkiyə qardaşlığından, Qarabağ Zəfərindən, “bir millət, iki dövlət” konsepsiyasının önəmindən danışıblar.

Bədii hissədə Respublika İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, eləcə də Əməkdar artist Firuzə İbadova konsert proqramı ilə çıxış ediblər. Tamaşaçılara muğam, xalq mahnıları və milli rəqslər təqdim olunub, səhnəciklər göstərilib.

Tədbir çərçivəsində Qarabağa və Şuşaya həsr olunmuş sərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/antalyada-susanin-270-illiyi-qeyd-edilib-

 

 

https://twitter.com/DiasporaAz/status/16022857633281884182050

 

 

 

 

 

Son Güncelleme: 13 Aralık 2022