Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

 Niderlandda fəaliyyət göstərən <a href="https://twitter.
Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib
Yayın: 12 Ocak 2023 DÜNYA Google News

 

 

 

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

12 yanvar, 2023

Azərbaycan icması Niderland parlamentinin Nümayəndələr Palatasının sədrinə müraciət edib

Niderlandda fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin Nümayəndələr (Aşağı) Palatasına müraciət edib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin adından Niderland parlamentinin Nümayəndələr Palatasının sədri Vera Berqkampa ünvanlanan məktubda bu ölkədə yaşayan 15 minlik azərbaycanlı icmasının Azərbaycan və Ermənistan arasında vəziyyətin gərginləşməsi və aşağı palatanın bu məsələdə nümayiş etdirdiyi birtərəfli, qərəzli mövqeyi ilə əlaqədar narahatlığı diqqətə çatdırılıb. Soydaşlarımız aşağı palatanı Azərbaycana münasibətdə qərəzsiz, ədalətli və balanslı mövqe tutmağa, hadisələri obyektiv qiymətləndiirməyə dəvət ediblər.

“Niderland vətəndaşı olaraq, eyni zamanda qohumlarımızın və dostlarımızın yaşadığı tarixi vətənimizdə baş verənlərə candan yanaraq, sizi və deputat həmkarlarınızı oradakı hadisələri obyektiv qiymətləndirməyə və Cənubi Qafqaz regionunda qarşıdurmanın dərinləşdirilməsinə deyil, sülhə yönələn balanslı mövqe tutmağa çağırırıq. Biz narahatıq ki, aşağı palata Ermənistanın beynəlxalq humanitar hüququn müddəalarını sistemli və mütəmadi şəkildə pozmasına heç bir reaksiya vermir. Ermənistanın Baş nazirinin müharibənin dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli Bəyanatı imzalamasına baxmayaraq, rəsmi İrəvan Azərbaycan ərazilərinin minalanması siyasətini davam etdirir. 2022-ci ilin avqust ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2021-ci ildə istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Başqa sözlə, sizin parlamentiniz Ermənistana dəstək verən qətnamələr qəbul edərkən bu ölkə 268 nəfərin, o cümlədən 9 uşaq, bir qadın, 3 jurnalistin ölümünə bais olan cinayətkar minalaşdırma siyasətini davam etdirib”, – deyə niderlandlı deputatlarının yolverilməz davranışının Ermənistanın qanlı cinayətləri davam etdirməsi ilə nəticələndiyinə diqqət cəlb olunub.

Nəzərə çatdırılıb ki, 2020-ci ilin payız müharibəsi başa çatdıqdan sonra 28 illik erməni işğalından azad edilən ərazilərin yalnız 8 faizi minalardan təmizlənib, 750 min azərbaycanlı qaçqın və köçkün hələ də Qarabağdakı yaşayış yerlərinə qayıda bilmir. “Bu, bütün cəmiyyət üçün ciddi iqtisadi, sosial və humanitar problemdir. Axı bu insanların arasında bizim qohumlarımız da var. Məgər onlar insan haqlarına malik deyillər, yoxsa insan haqları yalnız erməni xalqının inhisarındadır?” – deyə spikerə haqlı sual ünvanlanıb.

Qeyd edilib ki, aşağı palata indiyədək Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına, yalnız humanitar məqsədlər üçün açıq olan Laçın dəhlizi vasitəsilə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahlı birləşmələri və silahları ötürməyi davam etdirməsinə reaksiya verməyib. Halbuki 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlı itkin düşüb, bu yaxınlarda isə mətbuatda iranlı hərbi mütəxəssislərin Qarabağa qeyri-qanuni olaraq göndərilməsi ilə bağlı məlumatlar yayılıb.

“İşğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın meyitlərinin olduğu kütləvi məzarlıqların aşkar edilməsinin görüntülərini dəhşət və ağrı ilə izləyirik. Niyə itkin düşmüş şəxslərlə bağlı bütün məlumatların, o cümlədən kütləvi məzarlıqların xəritəsinin Azərbaycana ötürülməsi, qohumlarımızın, dostlarımızın adət-ənənələrimizə uyğun şəkildə dəfn edilməsi üçün parlamentiniz Ermənistana təzyiq etmir?”, – deyə soydaşlarımız spikerdən cavab tələb ediblər.

Niderlandlı deputatların Ermənistanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını pozaraq Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan bölgəsi arasında nəqliyyat marşrutlarının açılmasına mane olmasına göz yumduğu vurğulanıb: “30 ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası və onun 300 min əhalisi yerüstü blokadadadır, onunla əlaqə ancaq hava nəqliyyatı vasitəsilə mümkündür”.

Soydaşlarımız niderlandlı deputatları Laçın rayonundakı vəziyyətlə bağlı qeyri-obyektiv, son dərəcə qərəzli mövqe tutmaqda ittiham ediblər: “Siz obyektiv mənzərəni aydınlaşdırmadan, yalnız erməni nöqteyi-nəzərini əsas götürərək Azərbaycanı ittiham etdiniz. Axı yalnız erməni nöqteyi-nəzərinin əsas götürülməsi Cənubi Qafqaz regionunda vəziyyətin normallaşmasına, Qarabağ erməniləri və azərbaycanlıları arasında barışın əldə olunmasına töhfə verməyəcək”.

Soydaşlarımız Nümayəndələr Palatasının spikerini məktubda qeyd olunan mühüm məsələlərin müzakirə edilməsi və Azərbaycan icmasının narahatlığının aradan qaldırılması məqsədilə Azərbaycan diaspor təşkilatlarından ibarət nümayəndə heyətini qəbul etməyə çağırıb.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-niderland-parlamentinin-numayendeler-palatasinin-sedrine-muraciet-edib-2182

 

 

Son Güncelleme: 12 Ocak 2023