Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib.
📌 https://t.co/ev2gPuf86j pic.twitter.com/LelOXdbHHS
— Azerbaijani Diaspora (@DiasporaAz) January 27, 2023
Azərbaycanın Dostları Assosiasiyası Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücumu hiddətlə pisləyir
27 yanvar, 2023

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamberin adından yayılmış bəyanatda bildirilib ki, bu səhər Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən müdhiş hücum xəbərini dəhşətlə və böyük kədər hissi ilə qarşılayıblar.
“Silahlanmış şəxs mühafizəçinin başına soyuqqanlılıqla atəş açıb, nəticədə bir nəfər qətlə yetirilib, iki nəfər yaralanıb. Biz təcavüzkarı nəzarət altına almağı bacarmaqla qırğına son qoymuş əməkdaşlardan birinin qəhrəmanlığını və cəsarətini xatırlamalıyıq. Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvləri həlak olan səfirlik əməkdaşının ailəsinə, eləcə də bu çətin dövrdə xüsusi həssaslıqla yanaşdığımız bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirlər”, – deyə bəyanatda qeyd edilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-assosiasiyasi-azerbaycan-respublikasinin-iran-islam-respublikasindaki-sefirliyine-hucumu-hiddetle-pisleyir-2262
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumunu hiddətlə pisləyib.
📌 https://t.co/ev2gPuf86j pic.twitter.com/LelOXdbHHS
— Azerbaijani Diaspora (@DiasporaAz) January 27, 2023
Birleşik Rusya’nın halka açık karşılama ofisleri, SVO katılımcıları ve aileleri için Birleşik Karşılama Günü düzenliyor
Yeni Yükseklik engellilere yönelik spor salonu, 2021 Birleşik Rusya Halk Programı kapsamında Luhansk’ta açıldı
Kırsal Yerleşimleri Desteklemek. Andrey Isaev tarafından yazılan makale
VODAFONE BİRECİK BAYİSİ 2. ŞUBESİNİN AÇILIŞI GÖRKEMLİ BİR TÖRENLE GERÇEKLEŞTİRİLDİ
Birleşik Rusya’nın gönüllü kampı “Kursk Sınırı” birinci yıl dönümünü kutladı
Волонтёрский лагерь «Единой России» «Курский рубеж» отметил первый юбилей