Azərbaycanın Dostları Assosiasiyası ölkəmizə təyin olunmuş Fransa səfirini təbrik edib

   Fransada fəaliyyət göstərən <a href="https://twitter.
Azərbaycanın Dostları Assosiasiyası ölkəmizə təyin olunmuş Fransa səfirini təbrik edib
Yayın: 18 Aralık 2022 Bugün, GÜNDEM Google News

 

 

 

Azərbaycanın Dostları Assosiasiyası ölkəmizə təyin olunmuş Fransa səfirini təbrik edib

2022

Resim
Azərbaycanın Dostları Assosiasiyası ölkəmizə təyin olunmuş Fransa səfirini təbrik edib
Fransada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizə təyin olunması münasibətilə yeni səfir Ann Boyonu (Anne Boillon) təbrik edib.

Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamberin adından səfir Ann Boyona ünvanlanan məktubda bildirilib ki, diplomat qarşıdakı bir neçə ildə Fransanı Azərbaycan hakimiyyəti önündə təmsil edəcək.

ADA-nın 2014-cü ildə Fransanın Azərbaycandakı səfiri olmuş Jan Perrenin və Fransadakı azərbaycanlı dostların təşəbbüsü ilə yarandığını xatırladan J.Lamber xanım səfiri birgə fəaliyyət göstərməyə dəvət edib: “Biz soydaşlarımızı və Fransa rəsmilərini Azərbaycanda, Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini, iqtisadiyyatını, geosiyasi mövqeyini isə Fransada daha çox tanıtmaq və əlaqələrimizi bütün sahələrdə inkişaf etdirmək üçün çalışmalıyıq”.

Qeyd edilib ki, ADA həmçinin Azərbaycan hakimiyyətinin Parisdəki və Bakıdakı nümayəndələri ilə davamlı dialoqu davam etdirir. Bu, Fransanın Azərbaycana münasibətdə siyasətinin çağırışlarının daha yaxşı anlaşılması məqsədilə həyata keçirilir. Böyük həvəslə bu istiqamətdə işlədiklərini vurğulayan ADA prezidenti nəzərə çatdırıb ki, bəzən Fransada Azərbaycanla bağlı sözlərində və davranışlarında çox vaxt həddini aşan erməni diasporunun nümayəndələri tərəfindən təşkil edilən intensiv lobbiçiliklə bağlı çətinliklərin öhdəsindən gəlməli olurlar. Azərbaycan hakimiyyətinin belə durumdan narahat olduğu, Azərbaycanın Fransadakı dostlarının isə bu cür davranışın yaratdığı problemləri düzəltməyə çalışdıqları bildirilib.

ADA təmsilçilərinin Bakıda və ya Fransada uyğun zamanda səfirlə görüşməyə hazır olduqları diqqətə çatdırılıb: “Bu, mürəkkəb mərhələdən sonra iki xalq arasında möhkəm əlaqələrin məhsuldar şəkildə bərpa olunması missiyasına faydalı ola bilər”, – deyə J.Lamber əlavə edib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycanin-dostlari-assosiasiyasi-olkemize-teyin-olunmus-fransa-sefirini-tebrik-edib-2084

 

 

Son Güncelleme: 18 Aralık 2022