Bakıda yəhudilərin Xilas və Qurtuluş Günü ilə bağlı anım tədbiri təşkil edilib
📌 https://t.co/YVntnwFEQr#Azerbaijan#QurtuluşGünü pic.twitter.com/nq4az0sTlV
— Azerbaijani Diaspora (@DiasporaAz) May 19, 2023
Bakıda yəhudilərin Xilas və Qurtuluş Günü ilə bağlı anım tədbiri təşkil edilib
, 2023
Bakıda yəhudilərin Xilas və Qurtuluş Günü ilə bağlı anım tədbiri təşkil edilib
Bakı şəhərindəki 46 saylı yəhudi məktəbində yəhudi təqvimi üzrə 26 iyar – Xilas və Qurtuluş Gününə həsr olunmuş anım tədbiri keçirilib.
“STEMEQİ-Azərbaycan” Dağ Yəhudilərinə Dəstək Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin, Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrailin Azərbaycandakı Səfirliyinin, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “STEMEQİ-Azərbaycan” Dağ Yəhudilərinə Dəstək Xeyriyyə Fondunun rəhbəri Şaul Davıdov açıb. O, 26 İyar tarixinin yəhudi təqviminə daxil edilməsi təşəbbüsünə görə “STMEQI” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayevə minnətdarlığını bildirib.
Azərbaycan və yəhudi xalqlarının II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizəyə verdiyi töhfələrdən danışan fond rəhbəri 600 min azərbaycanlının, 1,4-1,5 milyon yəhudinin alman faşizminə qarşı döyüşdüyünü, Azərbaycanın cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü olduğunu xatırladıb. “Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məlumatına görə, Almaniya ilə müharibə zamanı qoşunlarda 501 minə yaxın yəhudi, o cümlədən 167 min zabit və 334 min əsgər, matros və çavuş vardı. Həmin arxivin məlumatına görə, müharibə illərində 198 min yəhudi hərbçisi döyüşlərdə həlak olub, yara və xəstəliklərdən vəfat edib, itkin düşüb. Ümid edirik ki, belə hal bəşər tarixində bir daha təkrarlanmayacaq. Mən hamıya sülh, firavanlıq, rifah arzulayıram”, – deyə Şaul Davıdov söyləyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Anatoli Rafailov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, İsrailin Azərbaycandakı səfirliyinin birinci konsulu, “Nativin” Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Mark İfraimov, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və 46 saylı Bakı yəhudi məktəbinin direktoru Zamir İsayev yəhudi xalqını bütün bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən bu bayram münasibətilə təbrik ediblər. Yəhudi xalqının xilası naminə əcdadlarının bu müqəddəs mübarizəyə qoşulduqlarını yada salıblar. Multikultural və tolerant ölkə olan Azərbaycanda yaşayan yəhudilərin heç bir zaman antisemitizmlə qarşılaşmadıqları, Azərbaycan cəmiyyətinin ayrılmaz təkrib hissəsinə çevrildikləri, bu ənənələrin ümummilli lider Heydər Əliyevin müdrik siyasəti ilə daha da möhkəmləndirildiyi, hazırda bu xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Bakıda yəhudilərin Xilas və Qurtuluş Günü ilə bağlı anım tədbiri təşkil edilib
📌 https://t.co/YVntnwFEQr#Azerbaijan#QurtuluşGünü pic.twitter.com/nq4az0sTlV
— Azerbaijani Diaspora (@DiasporaAz) May 19, 2023
“Minlərlə azərbaycanlı yəhudi faşistlərə qarşı cəbhədə döyüşərək canlarını fəda ediblər. Ölkəmiz qədim tarixə, zəngin mədəni irsə malikdir, burada bütün xalqlar qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycan və yəhudi xalqlarını bir-birinə zəngin tarixi keçmiş bağlayır. Stalinqradda göstərdiyi şücaət sayəsində faktiki olaraq onlarla yəhudi ailəsinin həyatını xilas edən Həmzə Sadıxovun qəhrəmanlığı bunun bariz nümunəsidir”, – deyə Komitənin şöbə müdiri bildirib.
Sonra azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıxova həsr olunmuş videoçarx təqdim olunub.
Tədbir çərçivəsində 26 İyar bayramının müxtəlif ölkələrdə keçirildiyini əks etdirən fotosərgi nümayiş etdirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/bakida-yehudilerin-xilas-ve-qurtulus-gunu-ile-bagli-anim-tedbiri-teskil-edilib-2981
Bakıda yəhudilərin Xilas və Qurtuluş Günü ilə bağlı anım tədbiri təşkil edilib
📌 https://t.co/YVntnwFEQr#Azerbaijan#QurtuluşGünü pic.twitter.com/nq4az0sTlV
— Azerbaijani Diaspora (@DiasporaAz) May 19, 2023
Meeting of the Board of the National Commission of the Republic of Tajikistan for UNESCO
Глава государства принял президента Казахстанской федерации гимнастики Алию Юсупову
Devlet Başkanı, Kazakistan Jimnastik Federasyonu Başkanı Aliya Yusupova’yı kabul etti
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады
Cumhurbaşkanı Ersin Tatar, 21-25 Aralık Millî Mücadele ve Şehitler Haftası dolayısıyla Lefkoşa Şehitler Abidesi önünde düzenlenen anma törenine katıldı.
Working meeting with the Ambassadors of Tajikistan