Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Diaspor rəhbərinə Tatarıstan Respublikasının medalı təqdim edilib

Diaspor rəhbərinə Tatarıstan Respublikasının medalı təqdim edilib
REKLAM ALANI

 

 

 

 

 

Diaspor rəhbərinə Tatarıstan Respublikasının medalı təqdim edilib

30 avqust, 2023

 

 

 

 

Diaspor rəhbərinə Tatarıstan Respublikasının medalı təqdim edilib

 

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Respublika Günü ərəfəsində dövlət mükafatlarının təqdim olunma mərasimi keçirilib.

 

 

 

 

Kazan Kremlində baş tutan mərasimdə təltif olunanlar sırasında “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev də olub. Soydaşımız uzun illər səmərəli fəaliyyətinə və yol tikintisinin inkişafında böyük xidmətlərinə görə Tatarıstan Respublikasının “Rəşadətli əməyə görə” medalına layiq görülüb.

Tədbirdə çıxış edən respublikanın rəhbəri Rüstəm Minnixanov qeyd edib ki, dövlət mükafatlarının təqdimatı ənənəvi olaraq Respublika Günü ərəfəsində keçirilir. “Vətənə layiqli xidmətə, fədakarlığa və quruculuq əməyinə görə hər birinizə təşəkkür etmək istəyirəm. Siz hamınız əməyinizə və istedadınıza görə təqdirə layiqsiniz” söyləyib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi yüksək mükafata layiq görüldüyünə görə “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayevi ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və diasporumuzun inkişafı naminə fəaliyyətində yeni-yeni nailiyyətlər qazanmağı arzulayır.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-rehberine-tataristan-respublikasinin-medali-teqdim-edilib-3414

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.