Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

 Prezident İlham Əliyev Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşüb.
Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Yayın: 25 Ocak 2023 DÜNYA Google News

 

 

 

Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Davosda Azərbaycanın enerji layihələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.

Görüşdə BP şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulandı. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olundu.

Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

BP Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd etdi.

Bernard Luni əminliklə bildirdi ki, Azərbaycanda əldə olunan nailiyyətlər böyük inkişaf proseslərinin başlanğıcıdır.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/58651

 

 

Son Güncelleme: 25 Ocak 2023