“Diaspor Gəncləri 1+1” Proqramı – 2026: Növbəti mərhələ başlayır
2026
“Diaspor Gəncləri 1+1” Proqramı – 2026: Növbəti mərhələ başlayır
Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor Gəncləri 1+1” Proqramının 2026-cı il üzrə növbəti mərhələsinə start verilir.
Komitənin gənclərlə bağlı uğurlu layihələrindən olan “Diaspor Gəncləri 1+1” Proqramı 2021-ci ildən etibarən həyata keçirilir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda ermənilərin törətdiyi vandalizm aktlarını, müharibə cinayətlərini, azad olunan ərazilərdə gedən sürətli yenidənqurma prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır. Layihə çərçivəsində komitə xaricdəki azərbaycan diaspor gənclər təşkilatlarının və ya fəal üzvünün onun yaşadığı ölkədən olan bir əcnəbi, nüfuzlu gənclə birlikdə Azərbaycana səfərini təşkil edir.
https://x.com/DiasporaAz/status/2025196123938267244
Xarici iştirakçı da daxil olmaqla, proqramda 18–29 yaş arası gənclər iştirak edə bilərlər. Layihənin 3–7 may 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır.
Proqramda iştirak etmək istəyən namizədlər 20 mart 2026-cı il, Bakı vaxtı ilə saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
“Diaspor Gəncləri 1+1” Proqramı
Seçim prosesi iki mərhələdən ibarət olacaq:
– Müraciətlərin qəbulu və ilkin qiymətləndirmə
– Video müsahibə mərhələsi
https://x.com/DiasporaAz/status/2025196123938267244
Məlumat üçün bildirək ki, “Diaspor Gəncləri 1+1” layihəsi xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasını gücləndirir, onların diaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir, eləcə də diaspor şəbəkəsinin genişlənməsinə töhfə verir.
Gəncləri bu mühüm təşəbbüsə qoşulmağa və ölkəmizin həqiqətlərinin beynəlxalq səviyyədə təbliğində fəal iştiraka dəvət edirik.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-gencleri-1-1-proqrami-2026-novbeti-merhele-baslayir-6686
https://x.com/DiasporaAz/status/2025196123938267244
KRAL GAZETECİ ABDULLAH YİĞİT `TEN15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
MÜZİK DÜNYASINDA “ALDATILDIK” SAVAŞI!
По партпроекту «Единая страна — доступная среда» на Белорусском вокзале в Москве открылся новый зал ожидания Центра содействия мобильности РЖД
Birleşik Rusya, Krasnodar’daki okul çocukları ile Kuzey Kafkasya Askeri Bölgesi Kahramanı arasında bir buluşma düzenledi
TÜMKUV GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on the July 15 Democracy and National Unity Day