Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Komitə sədri Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb

Komitə sədri Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb
REKLAM ALANI

Komitə sədri Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb
23 iyun, 2023

 

 

 

Komitə sədri Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyada fəaliyyət göstərən və hazırda Bakıda olan bir qrup azərbaycanlı həkimlə görüşüb.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Komitə sədri dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində böyük müvəffəqiyyətlə fəaliyyət göstərən, öz elmi nailiyyətləri ilə dünya elminə töhfə verən həkimlərimizi Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.

 

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladan Komitə sədri bu istiqamətdə həyata keçirilən layihələrə diqqəti cəlb edib. Ötən ilin mart ayında Köln şəhərində “Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumu”nun və ötən ilin dekabrında İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşünün keçirildiyini xatırladıb.

 

 

 

 

Başlıca məqsədin nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını bir araya gətirmək olduğunu vurğulayan Komitə sədri qeyd edib ki, məhz belə yanaşma alimlər, o cümlədən həkimlər arasında elmi-praktik mübadilənin aparılmasını, dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarını təmin edə, ən əsası isə nüfuzlu alimlərimizin potensialının Azərbaycanın xeyrinə istifadə olunmasına gətirib çıxara bilər. Ona görə də xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin Azərbaycanla sistemli əlaqələrinin qurulması, bilik və təcrübələrindən istifadə böyük əhəmiyyət daşıyır.

 

 

 

Komitə sədri dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimizin Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmadığını, Vətənin çətin günlərində öz əməklərini əsirgəmədiklərini qürurverici hal adlandırıb. Buna nümunə olaraq 44 günlük Vətən müharibəsində qalib ordumuza xidmət göstərmək üçün minlərlə həkim soydaşımızın Vətənə gəldiyini və gəlməyə can atdığı faktını göstərib. Müharibədən sonra da həkim soydaşlarımızın xeyli sayda qazimizə müvafiq dəstək göstərdiyini söyləyib. Belə həkimlərdən birinin diaspor quruculuğunda fəal iştirak edən Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina olduğuna diqqəti cəlb edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında müharibədən sonra Məsud Aşuna “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunur. Bundan başqa, tanınmış soydaşımız “Salam Doktor” platforması üzərindən Bostonda yaşayan qardaşı Sait Aşina ilə birlikdə işğaldan azad edilmiş “Ağalı” kəndində əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlərdən biridir.

 

 

 

 

 

Tədbirdə çıxış edən qonaqlar görüşə görə minnətdarlıqlarını bildirib, komitənin xaricdəki alimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin komitə ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışaraq, Dünya Azərbaycanlı Alimlərin Forumunda xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin də iştirak edəcəyini söyləyib.

 

 

 

 

Görüş fikir mübadiləsinin aparılması, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-rusiyada-calisan-azerbaycanli-hekimlerle-gorusub-3156

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.