Helsinki şəhərində “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib
22 aprel, 2024
Helsinki şəhərində “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib
📌 https://t.co/wttr0UUOQU pic.twitter.com/Z2toc6rql5— Azerbaijani Diaspora (@DiasporaAz) April 22, 2024
Helsinki şəhərində “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib
Aprelin 20-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərindəki “Azərbaycan Evi”ndə “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib, “İZ” sənədli filmi nümayiş olunub. Tədbirdə Finlandiyada yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Moldova, Qazaxıstan, Gürcüstan, Ukrayna icmalarının nümayəndələri, Cənubi Azərbaycandan olan soydaşlar və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Helsinkidəki “Azərbaycan Evi”nin rəhbəri Ülviyyə Cabbarova qonaqları salamlayıb və azərbaycanlıların öz ata-baba yurdlarından, Qərbi Azərbaycandan deportasiyaya məruz qalmaları ilə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirə Helsinki və London Cambridge Universitetindən elm adamlarının iştirakının Azərbaycan həqiqətlərinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət daşıdığını bildirib.
“Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı çıxışında bir əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı 4 dəfə soyqırımı həyata keçirdiyini vurğulayıb. Soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, Qərbi Azərbaycanda bir nəfər belə olsun azərbaycanlının qalmadığını söyləyib.
Daha sonra söz alan “İZ” sənədli filminin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bir çox ölkələrin Azərbaycan həqiqətlərini görməzdən gəlməsinə baxmayaraq, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın özünün tarixi ədaləti bərpa etdiyini deyib. Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda mövcud olan mədəniyyət abidələrinin ermənilər tərəfindən mərhələli şəkildə məhv edilməsini, azərbaycanlıların soyqırıma məruz qalmasını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihə üzrə köməkçi Firuzə Babayevanın filmin hazırlanması və yayılmasında gördüyü işlərdən danışıb.
Tədbir “İZ” sənədli filminin nümayişi ilə davam edib. Filmdən sonra əslən Gəncədən olan, Helsinki şəhərində yaşayan gənc fəal Mona “Sarı Gəlin” və “Gündüz-gecə” mahnılarını səsləndirib.
Sonda tədbir iştirakçıları Avropada belə tədbir və təqdimatların keçirilməsinin vacibliyini vurğulayıblar.
FOTO QALEREYA
Helsinki şəhərində “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir keçirilib
📌 https://t.co/wttr0UUOQU pic.twitter.com/Z2toc6rql5— Azerbaijani Diaspora (@DiasporaAz) April 22, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/helsinki-seherinde-qerbi-azerbaycanlilara-qarsi-soyqirimi-ve-deportasiya-cinayetleri-adli-tedbir-kecirilib-4569
Mucize Kurtuluş Sonrası Sanatçı ve Yazar Ayşe Derin Öktem ‘den Anlamlı Proje: “Annemin Hayatını Kaleme Alacağım”
Сторонники «Единой России» в Кигинском районе Башкортостана провели турнир по пляжному волейболу
Birleşik Rusya Halk Programı 2021 kapsamında Samara Bölgesi’nde üç adet modüler ilk yardım noktası inşaatı tamamlandı
По Народной программе «Единой России»-2021 в Самарской области завершилось строительство трёх модульных ФАПов
Siyaset Bilimci Ülker Piriyeva: Türkiye’nin 15 Temmuz Destanı: Millet İradesinin Sarsılmaz Gücü – ÖZEL
HALFETİ SPOR ONURSAL BAŞKANI AKİF ÇOBANOĞLU’NDAN HALFETİ SPOR AKADEMİSİ’NE TEBRİK MESAJI