İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub

 Prezident İlham Əliyevin "The Rockefeller Foundation"ın baş vitse-prezidenti ilə görüşü olub.
İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub
Yayın: 19 Şubat 2024 Bugün, GÜNDEM Google News

 

 

 

İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub

2024,

 

 

 

İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub

 

 

 

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

 

 

 

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.

 

 

 

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

 

 

 

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.

 

 

 

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/64247

 

 

 

Son Güncelleme: 19 Şubat 2024