Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Kerrollton şəhərində texaslıların minasız Azərbaycan üçün xeyriyyə kampaniyası təşkil edilib

Kerrollton şəhərində texaslıların minasız Azərbaycan üçün xeyriyyə kampaniyası təşkil edilib
REKLAM ALANI

 

 

 

Kerrollton şəhərində texaslıların minasız Azərbaycan üçün xeyriyyə kampaniyası təşkil edilib

, 2023

 

 

 

Kerrollton şəhərində texaslıların minasız Azərbaycan üçün xeyriyyə kampaniyası təşkil edilib

 

 

 

ABŞ-ın Texas ştatının Kerrollton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi əsasında xeyriyyə tədbiri keçirilib.

 

 

 

Amerika-Azərbaycan Musiqi Fondu, Amerika Azərbaycanlıları Koordinasiya Şurası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və İcma Xidmətlərində Qabaqcıl Təcrübə Mərkəzinin təşkilatçılığı, “Marshal Legacy Institute” (MLI) və Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə baş tutan tədbirdə Kerrollton şəhər meriyasının, Dallas ictimaiyyətinin, Azərbaycanın, Türkiyənin, Pakistanın diplomatik korpuslarının, Azərbaycan və dost icmaların nümayəndələri iştirak ediblər.

 

 

 

Başlıca məqsəd ABŞ rəsmiləri və ictimaiyyətinin diqqətini Azərbaycanın post-müharibə dövründə Qarabağda qarşılaşdığı mina probleminin insan həyatına və ətraf mühitə dağıdıcı təsirinə cəlb etmək, minaaxtaran itin (MDD) alınıb Azərbaycana göndərilməsi üçün 25 min dollar ianə toplanmasına start vermək olub.

 

 

 

Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri Amerika-Azərbaycan Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Şpitsberq açıb və bu kampaniyanın təşkil olunmasında iştirak edən bütün təşkilatlara minnətdarlığını ifadə edib. Sonra Kerrollton şəhərinin meri Stiv Bebik tədbir iştirakçılarını salamlayıb.

 

 

 

Tədbirdə əsas məruzəçi qismində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdəki mina problemi barədə ətraflı məlumat verib. Texas ictimaiyyətinə və təşkilatçılara Azərbaycana yardım etmək məqsədilə nümayiş etdirdikləri baxışlarına və xeyirxahlığa görə minnətdarlığını bildirib. Türkiyənin Hyustondakı Baş konsulu Ahmet Akıntı, Pakistanın Hyustondakı Baş konsulu Muhammad Aftab Çaudri, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, MLİ-nin Virciniyadakı icraçı direktoru Elize Bekker, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov (videobağlantı vasitəsilə), Dallas Universitetinin müəllimi, tibb elmləri doktoru Dürdanə Balakişiyeva çıxışlarında mina probleminin cəmiyyətə dağıdıcı təsirindən danışıb, texaslıları bu xeyirxah missiyada fəal olmağa çağırıblar. Məruzələr və çıxışlar Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükəni əks etdirən videoçarxların nümayişi ilə müşayiət olunub.

 

 

 

Tədbirin bədii hissəsində Toğrul Orucovun kamançada ifasında Azərbaycan musiqisi səsləndirilib, soydaşımız, tanınmış rəqqasə Ləman Hendriksin ifasında Azərbaycan rəqsləri, Vivyen Bennetin ifasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycanda mina problemini özündə əks etdirən sərginin təşkili qonaqlarda böyük maraq doğurub.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kerrollton-seherinde-texaslilarin-minasiz-azerbaycan-ucun-xeyriyye-kampaniyasi-teskil-edilib-3673

 

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.