London Şəhər Universitetində Xocalı şəhidləri anılıb

London Şəhər Universitetində Xocalı şəhidləri anılıb 2026 London Şəhər Universitetində Xocalı şəhidləri anılıb Böyük Britaniyanın London Şəhər Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
London Şəhər Universitetində Xocalı şəhidləri anılıb

London Şəhər Universitetində Xocalı şəhidləri anılıb

2026

London Şəhər Universitetində Xocalı şəhidləri anılıb

Böyük Britaniyanın London Şəhər Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və universitetin Azərbaycan Tələbə Cəmiyyəti tərəfindən təşkil olunub.

Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Emil Hüseynlinin aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

https://x.com/DiasporaAz/status/2028882148329943415

 

Daha sonra Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilən qətliamın ağır nəticələrindən danışıb.

 

https://x.com/DiasporaAz/status/2028882148329943415

 

Tədbirdə “Müharibə uşaqların gözü ilə” layihəsinin təsisçisi Nərminə Məmmədova da çıxış edib. O, şəxsi xatirələrini bölüşərək müharibənin uşaqların taleyində buraxdığı dərin yaralardan danışıb. Həmçinin layihə və müsabiqənin Britaniyada geniş maraq doğurduğunu, onlarla məktəbin təşəbbüsə qoşulduğunu diqqətə çatdırıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova qeyd edib ki, diaspor təşkilatlarının əsas məqsədi həqiqətlərin unudulmamasına nail olmaq və bu faciə barədə düzgün məlumatın gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.

Tədbir çərçivəsində Zəngilan rayonundan olan və Birinci Qarabağ müharibəsində ailə üzvlərini itirən Səyavuş Hüseynov ilə videomüsahibə təqdim edilib.

 

https://x.com/DiasporaAz/status/2028882148329943415

 

“Müharibə uşaqların gözü ilə” sərgisində müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların çəkdikləri rəsmlər nümayiş olunub. Eyni zamanda Xocalı həqiqətləri haqqında film göstərilib.

Sonda ukraynalı skripkaçı Sofiya Yaborska Xocalı qurbanlarının xatirəsinə ithaf olunan həzin musiqi parçaları ifa edib.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/2028882148329943415

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/london-seher-universitetinde-xocali-sehidleri-anilib-6784

 

 

https://x.com/DiasporaAz/status/2028882148329943415

Son Güncelleme: 04 Mart 2026