📍 Mahaçqalada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
📌 https://t.co/jtUjyGHvU8#HeydarAliyev100#HeydərƏliyev100#HeydərƏliyevİli pic.twitter.com/C1lOYDzYW9
— Azerbaijani Diaspora (@DiasporaAz) May 8, 2023
Mahaçqalada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
, 2023
Mahaçqalada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
Rusya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan – Dağıstan: tarixin mərhələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dostluq Evində baş tutan tədbir Mahaçqala Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin və Dağıstanın Milli Siyasət və Dini İşlər üzrə Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Konfransda respublikanın və Dərbənd şəhərinin rəsmi şəxsləri, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan milli-mədəni muxtariyyətlərinin rəhbərləri və fəaları iştirak ediblər. Onların arasında Mahaçqala Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacıəliyev, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədr müavini Fazil Nametov, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, “Dərbənd şəhəri” şəhər Dairə Deputatlar Məclisinin sədri Həsən Mirzoyev, Dərbənd şəhər icra başçısının müavini Vidadi Zeynalov, Dərbənd rayonunun federal hakimi, Dağıstan Respublikası Ağsaqqallar Şurasının üzvü Salman Aşurov və “Dərbənd şəhəri” şəhər Dairə Deputatlar Məclisinin sədrinin köməkçisi Qəni Panayev olub.
Tədbirdə Dağıstanın milli məsələlər və dini işlər üzrə nazirinin birinci müavini Harun Davıdov, Dağıstan Respublikası Milli Məclisinin sədr müavini Kamil Davdiyev, Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı nümayəndəsinin səlahiyyətlərini icra edən Liliana Maqomedova və başqaları çıxış edərək, Heydər Əliyevin SSRİ və Azərbaycanın tarixində, Azərbaycan Respublikası ilə Rusiya Federasiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində müstəsna rol oynadığını, onun misilsiz xidmətləri sayəsində Azərbaycanın güclü və çiçəklənən ölkələrdən birinə çevrildiyini vurğulayıblar. “Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik şəxsiyyət idi”, – deyə Harun Davıdov söyləyib.
Heydər Əliyevin zəngin intellektual və praktiki miras qoyub getdiyinə diqqət cəlb edilib. “Bu gün onun dövlətlər arasında zəngin intellektual və praktiki irsinə söykənərək, qarşılıqlı etimadın misli görünməmiş səviyyəsi əldə olunub, nazirlik və idarələrin mütəşəkkil iş ritmi müəyyən edilib. O, bir çox mühüm birgə işlərin təşəbbüskarı, hərəkətvericisi olub. 1998-ci ildə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin işlənib hazırlanmasına Heydər Əliyevin şəxsi töhfəsini qeyd etmək kifayətdir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin Mahaçqaladakı nümayəndəsinin səlahiyyətlərini icra edən Liliana Maqomedova bildirib.
📍 Mahaçqalada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
📌 https://t.co/jtUjyGHvU8#HeydarAliyev100#HeydərƏliyev100#HeydərƏliyevİli pic.twitter.com/C1lOYDzYW9
— Azerbaijani Diaspora (@DiasporaAz) May 8, 2023
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından konfrans iştirakçılarını salamlayan Komitənin şöbə müdirinin müavini Əli Baytalov tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını ifadə edib: “Hazırda əlaqələrimiz ən yüksək səviyyədədir, bunu hər iki tərəfdən dövlət nümayəndə heyətlərinin müntəzəm səfərləri sübut edir. Dağıstan və Azərbaycan xalqları arasında münasibətlərin tarixi çox dərinlərə gedib çıxır. Bizi tarixi, mədəni, mənəvi dəyərlər birləşdirir və bu əlaqələrin möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub”.
Sonra Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Federal Araşdırmalar Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Əminə Xəlilova, Dağıstan Dövlət Universitetinin Milli tarix kafedrasının dosenti Almaz İsmayılova və digər alimlər Dağıstanla Azərbaycan arasında tarixi, mədəni və iqtisadi əlaqələrə dair məruzələrlə çıxış ediblər.
📍 Mahaçqalada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
📌 https://t.co/jtUjyGHvU8#HeydarAliyev100#HeydərƏliyev100#HeydərƏliyevİli pic.twitter.com/C1lOYDzYW9
— Azerbaijani Diaspora (@DiasporaAz) May 8, 2023
Tədbirin Dostluq Evinin qarşısındakı meydanda davam edən bədii hissəsində Azərbaycan Dövlət Dram Teatrının kollektivinin ifasında konsert proqramı təqdim olunub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/mahacqalada-heyder-eliyeve-hesr-olunmus-beynelxalq-konfrans-teskil-edilib-2883
📍 Mahaçqalada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
📌 https://t.co/jtUjyGHvU8#HeydarAliyev100#HeydərƏliyev100#HeydərƏliyevİli pic.twitter.com/C1lOYDzYW9
— Azerbaijani Diaspora (@DiasporaAz) May 8, 2023
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады
Cumhurbaşkanı Ersin Tatar, 21-25 Aralık Millî Mücadele ve Şehitler Haftası dolayısıyla Lefkoşa Şehitler Abidesi önünde düzenlenen anma törenine katıldı.
Working meeting with the Ambassadors of Tajikistan
Cumhurbaşkanı Ersin Tatar, Atatürk Melek Lisesi tarafından hazırlanan Şehitleri Anma Programına katıldı
رسالة من رئيس مجلس إدارة أسفا القابضة آساف أتاسوي بمناسبة “يوم ذكرى شهداء ساريقاميش”
ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN ‘’SARIKAMIŞ ŞEHİTLERİNİ ANMA GÜNÜ’’ MESAJI