Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib
, 2024
Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib
https://x.com/DiasporaAz/status/1845050268724916396
Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin milli birlik nazirinin müavini xanım senator Sarasvati Kandasami (Saraswathy Kandasami) ilə görüşüb.
https://x.com/DiasporaAz/status/1845050268724916396
Qonağı səmimi salamlayan nazir müavini bu səfəri iki ölkə arasında münasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimi qiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən Komitə sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayan soydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Malayziya Tərcümə və Kitab İnstitutunda (Malaysian Institute of Translation & Books) keçirilən görüşdə qurumun rəhbəri Nur Amin Əhməd (Noor Amin Ahmad) Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib, bu günlərdə çapdan çıxan və Azərbaycan ədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabı üçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.
https://x.com/DiasporaAz/status/1845050268724916396
Komitənin fəaliyyət istiqamətlərindən birinin də Azərbaycana dost xalqlarla münasibətlərin inkişafı olduğunu deyən sədr il ərzində müxtəlif dillərdə kitabların çapını dəstəklədiklərini söyləyib.
Bundan başqa, Türkiyənin Malayziyadakı səfiri Əmir Salim Yüksəl və Yunus Əmrə İnstitutunun Malayziyadakı nümayəndəliyinin rəhbəri Dr. Ömər Altunla da görüşlər keçirilib.
Səfər çərçivəsində Komitə sədri Malayziyanın Dövlət Teleradiosuna və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “Awani Global” televiziyasına müsahibə verib, Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri, COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Qarabağ münaqişəsi, rəsmi Bakının Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə planlarından bəhs edib.
https://x.com/DiasporaAz/status/1845050268724916396
Daha bir görüş Malaya Universitetinin və Putra Malaya Universitetinin (UPM) professor və müəllim heyəti ilə olub, Azərbaycan haqqında təqdimatlar edilib. Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 30 illik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində azad olunması, rəsmi Bakının sülh gündəliyi professor və müəllim heyətinin diqqətini çəkib. Malaya Universitetinin professoru Roy Antoni Rocers Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiyini, ermənilər tərəfindən dağıdılmış məscidləri və tarixi-mədəni abidələri öz gözləri ilə gördüyünü bildirib.
Növbəti görüşlər Selanqor Xalq Kitabxanası Korporasiyasında və Malayziya Milli Kitabxanasında baş tutub. Xalqları yaxınlaşdırmağın ən sınanmış yolunun mədəniyyət olduğu, Azərbaycan-Malayziya münasibətlərinin inkişaf etdirilməsində kitab mübadiləsinin və kitabxanalararası əməkdaşlığın da öz payı olduğu vurğulanıb, bu səbəbdən Komitənin hər il müxtəlif dillərdə onlarla kitabın çapına dəstək olduğu qeyd edilib.
Görüşlərin sonunda universitetlərə və kitabxanalara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunmuş Azərbaycan haqqında kitablar hədiyyə olunub.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1845050268724916396
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/malayziyada-azerbaycanin-diaspor-siyaseti-ve-ugurlari-haqqinda-melumat-verilib-5155
https://x.com/DiasporaAz/status/1845050268724916396
Оператор станка Рязанского завода точного литья Андрей Плаксин: Время выбрало «Единую Россию», чтобы вместе преодолеть все трудности
Герой России, участник программы «Время Героев» Владислав Головин на Съезде поблагодарил «Единую Россию» за помощь участникам СВО
Общественный деятель, многодетная мать Наталья Карпович: «Единая Россия» ведёт прямой диалог с каждым жителем нашей страны
Алёна Аршинова: По проекту «Единой России» «Парта Героя» открыто 22 тысячи парт
Vladimir Yakushev: Rus füze kuvvetleri dünyadaki en güçlü silahlara sahip, ancak asıl güçleri güçlü ruha sahip ve göreve sadık insanlardır
Владимир Якушев: «Единая Россия» поддержит лучшие гражданские инициативы