Mina problemi ilə bağlı Avstraliya hökumətinə müraciət olunub

 <a href="https://twitter.
Mina problemi ilə bağlı Avstraliya hökumətinə müraciət olunub
Yayın: 10 Mayıs 2023 SİYASET Google News

 

 

Mina problemi ilə bağlı Avstraliya hökumətinə müraciət olunub
2023

Mina problemi ilə bağlı Avstraliya hökumətinə müraciət olunub

Avstraliyada yaşayan soydaşlarımız Azərbaycandakı mina problemi ilə bağlı bu ölkənin xarici işlər naziri Penni Vonqa müraciət edib.

Resim

Avstraliya-Azərbaycan Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki əlaqələndiricisi Mikayıl Oytanın adından nazirə ünvanlanan müraciətdə 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında kütləvi şəkildə basdırılmış minalar nəticəsində yaranmış humanitar böhrana diqqət cəlb edilib.

Resim

Nəzərə çatdırılıb ki, ərazilərimiz erməni işğalçı qüvvələrinin yerləşdirdiyi minalarla güclü şəkildə çirkləndirildiyi və təhlükə mənbəyinə çevrildiyi üçün doğma yurdlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər öz evlərinə indiyədək qayıda bilmirlər. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə 160-dan çox mina partlayışının baş verməsi nəticəsində 282 nəfərin həlak olduğu (31 dekabr 2022-ci il tarixinə olan məlumata əsasən), son 30 il ərzində mina və kaset sursatları qurbanlarının sayının 3361 nəfərə çatdığı vurğulanıb.

 

Assosiasiya rəhbəri bu problemin həllində Avstraliya hökumətini qətiyyətli mövqe tutmağa çağırıb. Onun fikrincə, beynəlxalq birliyin üzvü olan Avstraliya mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparan beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistana güclü təzyiq göstərməli, Azərbaycanı texniki yardımla və minatəmizləmə təcrübəsi ilə təmin etməlidir.

 

 

“Biz Avstraliyanın beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə sadiqliyini yüksək qiymətləndiririk. Avstraliya hökumətinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin təşviqində mühüm rol oynaya biləcəyinə inanırıq. Bu məsələdə qəti mövqe tutmaqla Avstraliya münaqişədən zərər çəkmiş mülki şəxslərin hüquqlarının qorunmasına və məcburi köçkünlərin Azərbaycandakı evlərinə təhlükəsiz şəkildə qayıtmasına köməklik göstərməyə sadiqliyini nümayiş etdirə bilər”, – deyə vurğulanıb.

 

Bu müraciət Avstraliya hökumətinin və parlamentinin üzvlərinə də göndərilib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/mina-problemi-ile-bagli-avstraliya-hokumetine-muraciet-olunub-2885

 

 

Son Güncelleme: 10 Mayıs 2023