Moskvadakı icmamız Türkiyənin Rusiyadakı səfirliyini ziyarət edib
Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının bir qrup üzvü Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Moskvadakı səfirliyini ziyarət edib.
📌 https://t.co/rYf0hbFrvU pic.twitter.com/JkgSvS5Thx— Azerbaijani Diaspora (@DiasporaAz) February 9, 2023

9 fevral, 2023

Ziyarət zamanı səfirliyin önündəki “Başın sağ olsun, Türkiyə!” anım guşəsinə güllər düzülüb və zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilib.
“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsara başsağlığı verib. Moskvadakı soydaşlarımızın bu kədərli anları bölüşdükləri, qardaş ölkənin yanında olduqlarını, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövlətinin və xalqının bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracağına əmin olduqlarını bildirib.
“Ürəyimiz qardaş türk xalqının, ailə üzvlərini, ev-eşiklərini itirənlərin və xəsarət alanların yanındadır”, – deyən B.Həsənov səfirlikdə açılmış kitaba soydaşlarımızın adından başsağlığı yazıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/moskvadaki-icmamiz-turkiyenin-rusiyadaki-sefirliyini-ziyaret-edib-2356