No:077/23, Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığına dair mətbuat məlumatı

 Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığına dair mətbuat məlumatı➡️<a href="https://t.
No:077/23, Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığına dair mətbuat məlumatı
Yayın: 18 Şubat 2023 Bugün, GÜNDEM Google News

 

 

 

No:077/23, Nazir Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığına dair mətbuat məlumatı

15 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı baş tutub.

 

Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.

 

Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.

 

Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.

 

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no07723

 

 

Son Güncelleme: 18 Şubat 2023