Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın Ottava və Monreal şəhərlərində yaşayan #Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.
📌 https://t.co/j5K9f77ZA5 pic.twitter.com/h167nzKSKx
— Azerbaijani Diaspora (@DiasporaAz) March 7, 2023
Ottavada Azərbaycan icması ilə görüş olub
7 mart, 2023
Ottavada Azərbaycan icması ilə görüş olub
Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin rəhbəri Rəna Müslümova, “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinin həmtəsisçiləri Vüsalə Əhmədova və Nigar Əliyeva, müəllimi Axsura Rəhimli, Diaspor Gənclərinin Yay düşərgələrinin Kanadadan olan iştirakçıları, eləcə də Azərbaycan icmasının digər fəalları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Komitənin şöbə müdiri Qarabağ həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması naminə göstərdikləri təşəbbüslərinə və fəaliyyətlətinə görə Azərbaycan icmasına minnətdarlığını bildirib, birgə əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Tədbirdə Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev və Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Vüsalə Əhmədova çıxış ediblər. Azərbaycan diasporunun istiqamətləndirilməsində, mütəşəkkil fəaliyyətində Diasporla İş üzrə Dövlət Komitəsinin əvəzsiz rolu olduğu, bu cür münsibətin Azərbaycan diasporunu ruhlandırdığı vurğulanıb. Belə diqqətin “Qarabağ” həftəsonu Azərbaycan dili məktəbinə davamlı olaraq göstərildiyi, Ottavada yaşayan Azərbaycan icmasının, bu məktəbin şagirdlərinin diaspor fəaliyyətinə cəlb olunmasında və müvafiq materiallarla təminatında mühüm rol oynadığı nəzərə çatdırılıb.
Görüş Ottava və Monreal şəhərində yaşayan diaspor nümayəndələrinin fəaliyyətləri, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə daha güclü şəkildə çatdırılması və gələcək layihələrlə bağlı birgə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.
Tədbirin sonunda “Qarabağ” məktəbinə Azərbaycan dili kitabı və Fransada yaşayan diaspor nümayəndəsi Günel Atkinsonun təşəbbüsü ilə ərsəyə gəlmiş “Ağsaqqal” oyunu, eləcə də icma üzvlərinə kiçik suvenirlər və digər təbliğat materialları təqdim olunub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/ottavada-azerbaycan-icmasi-ile-gorus-olub-2566
Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın Ottava və Monreal şəhərlərində yaşayan #Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.
📌 https://t.co/j5K9f77ZA5 pic.twitter.com/h167nzKSKx
— Azerbaijani Diaspora (@DiasporaAz) March 7, 2023
«Единая Россия» усилит реализацию государственной политики по сохранению и укреплению традиционных ценностей
Vladimir Yakushev: Rus füze kuvvetleri dünyadaki en güçlü silahlara sahip, ancak asıl güçleri güçlü ruha sahip ve göreve sadık insanlardır
Владимир Якушев: Российские ракетные войска обладают мощнейшим в мире вооружением, но их главная сила – твёрдые духом и верные долгу люди
Gerçekleştireceğiz: “Birleşik Rusya”, “Dilek Ağacı” kampanyasına katılan çocukların hayallerini gerçekleştirecek
Будем воплощать: «Единая Россия» исполнит мечты детей – участников акции «Ёлка желаний»
Vladimir Yakushev: Birleşik Rusya en iyi sivil girişimleri destekleyecek