Qardabanidə AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
3 iyun, 2024
Qardabanidə AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
Qardabanidə AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
📎 https://t.co/7yBMpDdtUz pic.twitter.com/qII6qO1MCG— Azerbaijani Diaspora (@DiasporaAz) June 3, 2024
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünü qeyd edilib.
Tədbirdə Diasporla İş üzrə dövlət Komitəsinin əməkdaşı, Mərkəzin müəllimləri, tələbələr, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Mərkəzinin rəhbəri Raul Əliyev çıxışında Azərbaycan və gürcü xalqlarının dostluq münasibətlərindən, əlaqələrimizin inkişafında soydaşlarımızın rolundan bəhs edib.
Mərkəzin İcraçı direktoru Çiçək Hüseynova xalqlarımızın müstəqillik uğrunda mübarizəsindən, qazanılan nailiyyətlərdən danışıb.
DİDK-nın əməkdaşı Sabit Məmmədov AXC-nin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qardabanidə AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
📎 https://t.co/7yBMpDdtUz pic.twitter.com/qII6qO1MCG— Azerbaijani Diaspora (@DiasporaAz) June 3, 2024
Tarix müəllimi Əvəzxan İsayev Azərbaycanın müstəqillik illərindəki uğurları barədə ətraflı məlumat verib. Soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən qürur hissi duyduqlarını bildirib.
Digər çıxışçılar AXC-nin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu, XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olduğunu, Azərbaycan xalqının müstəqil yaşamaq, öz dövlətçilik ənənələrini bərpa etmək qüdrətini sübut etdiyini vurğulayıb.
Sonra mərkəzin yetirmələri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Tədbirin sonunda Mərkəz tərəfindən “Heydər Əliyev və Gürcüstan” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
FOTO QALEREYA
Qardabanidə AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib
📎 https://t.co/7yBMpDdtUz pic.twitter.com/qII6qO1MCG— Azerbaijani Diaspora (@DiasporaAz) June 3, 2024
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/qardabanide-axc-nin-yaranmasinin-106-ci-ildonumunu-qeyd-edilib-4771
Meeting of the Board of the National Commission of the Republic of Tajikistan for UNESCO
Глава государства принял президента Казахстанской федерации гимнастики Алию Юсупову
Devlet Başkanı, Kazakistan Jimnastik Federasyonu Başkanı Aliya Yusupova’yı kabul etti
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады
Cumhurbaşkanı Ersin Tatar, 21-25 Aralık Millî Mücadele ve Şehitler Haftası dolayısıyla Lefkoşa Şehitler Abidesi önünde düzenlenen anma törenine katıldı.
Working meeting with the Ambassadors of Tajikistan