Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli: "Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi"
📽️ https://t.co/4nEqUdDERB pic.twitter.com/oWECsboIVY
— Azerbaijani Diaspora (@DiasporaAz) February 21, 2023
Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”
, 2023
Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”
“Keçən əsrin 60-cı illəri Cənubi Qafqazın siyasətində, iqtisadiyyatında, eləcə də, mədəniyyətində baş verən mühüm dəyişikliklərlə yadda qalıb. Həmin illərdə Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın iqtisadiyyatı və bütövlükdə ölkənin bütün sahələrdə inkişafında mühüm rol oynadı”.
Bu sözləri Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən söyləyib.
O deyib: “Mən o xoşbəxt insanlardan biriyəm ki, onunla bir neçə dəfə görüşmüşəm. Keçən əsrin 90-cı illərində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru idim. Universitetin Ali Şurasının qərarı ilə Heydər Əliyev TDU-nun fəxri doktoru adına layiq görülmüşdü. Həmin ilin yazında o, böyük nümayəndə heyəti ilə Tbilisiyə səfərə gəldi. Aprel ayının əvvəlində Heydər Əliyev nümayəndə heyəti ilə TDU-ya baş çəkdi. Heyətə siyasətçilər, Milli Məclis sədri, akademiklər Ziya Bünyadov və İqrar Əliyev kimi görkəmli tarixçilər daxil idi. Təntənəli mərasimdə Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak edirdi. Mən rektor olaraq TDU-nun fəxri doktoru mükafatını Heydər Əliyevə təqdim etdim. O, çox məmnun idi. Çıxışında necə səmimi insan olduğunu göstərdi”.
Akademikin sözlərinə görə, mükafat münasibətilə Eduard Şevardnadze, alimlər və tələbələr də Ulu Öndəri təbrik ediblər. Onun çıxışı çox yaddaqalan olub: “O, gürcü xalqına böyük sevgisindən danışdı, universitet və tələbələrə xoş sözlər ünvanladı. TDU-nu Bakı Dövlət Universiteti ilə müqayisə edərək, bu haqda öz fikirləri ilə bölüşdü, həmçinin yaxın illərdə BDU-nun yubileyinin keçiriləcəyini bildirdi. Belə bir təntənəli mərasimdə mən onun TDU-nun fəxri doktoru seçilməsi ilə bağlı və bu ada layiq görülməsi haqda fikirlərimi bölüşdüm. Sonda diplom və medalı ona təqdim etdim. Mərasimdə Eduard Şevardnadze təbrik nitqini söylədi. Sonra biz üçümüz – mən, Heydər Əliyev və Eduard Şevardnadze bir yerdə söhbət edərək bir çox məsələlərin müzakirəsini apardıq. Biz söhbət əsnasında bütövlükdə Qafqazın inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu ilk görüş xatirəmdə böyük iz buraxıb.
Heydər Əliyev böyük siyasətçi olaraq həmin illərdə Azərbaycanda nəinki iqtisadiyyatın, həmçinin mədəniyyət və elmin inkişafına da xüsusi diqqət yetirirdi. Mən deyərdim ki, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bu ölkə mədəniyyət sahəsində öz intibah dövrünə qədəm qoyub. Bu illərdə həm Gürcüstan, həm də Azərbaycan iki dövlət başçısının rəhbərliyi altında bir çox mədəniyyət sahəsində keçirilən festivalların qalibi olublar.
Ulu Öndərlə ikinci görüşünü xatırlayan akademik deyib: “Onunla ikinci dəfə 1998-ci ildə görüşüm oldu. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) 80 illik yubileyi qeyd edilirdi. Mən Bakıya yollanan nümayəndə heyətinə rəhbərlik edirdim. Yubiley tədbirində Türkiyənin təxminən 15 rektoru iştirak edirdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi də mərasimə qatılmışdı. Heydər Əliyev rektorlarla ayrıca görüş keçirməyə qərar verdi. O, çıxış edəndən sonra söz rektorlara verildi. İlk öncə türkiyəli rektorlar çıxış etdi, mən və Viktor Sadovniçi qaldıq. MDU rektorunun çıxışından sonra söz mənə verildi. Fikirləşdim ki, iki saatlıq görüşdən sonra Heydər Əliyev yorğun ola bilər. Mən ona müraciət edərək xatırlatdım ki, rektoru olduğum TDU-nun fəxri doktorudur. O, şad olduğunu söylədi və 40 dəqiqə ərzində Gürcüstan və bizim dostluğumuzdan danışdı. Heydər Əliyev böyük mənəvi zənginlik saçan insan idi. Onun gördüyü işlər o qədər böyükdür ki, bütün miqyasını dəyərləndirmək mümkün deyil. Mən deyərdim ki, Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri olub”.
R.Metrevelinin fikrincə, dünyada bir nömrəli adamlar olub, ancaq Heydər Əliyev fenomeni doğrudan da tarixi hadisədir. “O, dünya şöhrətli siyasətçi, görkəmli bir şəxsiyyətdir. Sevindirici haldır ki, belə bir tarixi şəxsiyyətin siyasi kursunu ləyaqətlə davam etdirən praqmatik siyasətçi İlham Əliyev var. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. İlham Heydər oğlu dərin təhsilli şəxs, vəziyyətə hakim dövlət başçısıdır. Hesab edirəm ki, o, atasının yolunun və işinin layiqli davamçısıdır”, – deyə Roin Metreveli vurğulayıb.
R.Metreveli sonda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan xalqını təbrik edib, xoş arzularını çatdırıb.
Play
00:00
01:38
Mute
Settings
Enter fullscreen
Play
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/roin-metreveli-quot-heyder-eliyev-dunya-miqyasinda-en-nufuzlu-siyasetcilerden-biri-idi-quot-2412
Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli: "Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi"
📽️ https://t.co/4nEqUdDERB pic.twitter.com/oWECsboIVY
— Azerbaijani Diaspora (@DiasporaAz) February 21, 2023
Meeting of the Board of the National Commission of the Republic of Tajikistan for UNESCO
Глава государства принял президента Казахстанской федерации гимнастики Алию Юсупову
Devlet Başkanı, Kazakistan Jimnastik Federasyonu Başkanı Aliya Yusupova’yı kabul etti
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады
Cumhurbaşkanı Ersin Tatar, 21-25 Aralık Millî Mücadele ve Şehitler Haftası dolayısıyla Lefkoşa Şehitler Abidesi önünde düzenlenen anma törenine katıldı.
Working meeting with the Ambassadors of Tajikistan