YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniyada Türkcə Təhsil Bayramı münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edib.https://t.co/1gd5wwyT4s pic.twitter.com/qAYaIvRwsA
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) December 22, 2022
Partiya xəbərləri
Şimali Makedoniyada Türkcə Təhsil Bayramı münasibətilə təntənəli tədbir keçirilib
22 Dekabr 2022
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib
Dekabrın 21-də Şimali Makedoniyanın paytaxtı Skopyedə bu ölkədə yaşayan türklərin rəsmi bayram kimi qeyd etdiyi Türkcə Təhsil Bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Dövlət və hökumət nümayəndələrinin, Şimali Makedoniyada fəaliyyət göstərən siyasi partiya təmsilçilərinin, tanınmış elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya parlamentinin deputatı və Şimali Makedoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Beycan İlyas çıxış edərək türklərin bu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal rol oynadıqlarını və mühüm nailiyyətlərə imza atdıqlarını bildirib. O, ana dilində təhsilin əhəmiyyətindən bəhs edərək Türkcə Təhsil Bayramının təntənəli şəkildə qeyd edilməsinin milli həmrəylik nümunəsi olduğunu söyləyib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası adından və öz adından tədbir iştirakçılarını salamlayıb, bu möhtəşəm bayram münasibətilə Şimali Makedoniya türklərinə təbriklərini çatdırıb. “Belə bir əlamətdar gündə dostlarımızın, qardaşlarımızın yanında olmaqdan məmnunluğumuzu ifadə etmək istəyirəm”, – deyən YAP Sədrinin müavini ana dilində təhsilin millətin inkişafını təmin, gələcəyini isə təyin edən ən önəmli amillərdən biri olduğunu söyləyib. Tahir Budaqovun sözlərinə görə, yaxın tarixə ekskurs etdikdə görürük ki, 78 il əvvəl – 21 dekabr 1944-cü ildə Türk dilində təhsil almaq hüququnun qazanılması Makedoniya türklərinə cəmiyyət həyatının müxtəlif istiqamətlərində – elm, təhsil, mədəniyyət, siyasət və digər sahələrdə mühüm uğurlar qazanmağa, gələcək inkişafın etibarlı bünövrəsini yaratmağa imkan vermişdir.
Artıq 15 ildir ki, Şimali Makedoniyada Türkcə Təhsil Bayramının təntənəli şəkildə, coşquyla qeyd edildiyini vurğulayan YAP Sədrinin müavini böyük mənəvi-siyasi əhəmiyyəti olan bu tarixin təkcə Şimali Makedoniya türklərinin deyil, eyni zamanda, müxtəlif ölkələrdə məskunlaşmış, tarixi ənənələrlə müasirliyin vəhdətini yaratmış Türk millətinin ortaq dəyəri olduğunu söyləyib. O əlavə edib ki, bu reallıq öz növbəsində Şimali Makedoniyada tolerantlıq mühitinin mövcudluğunu və multikultural dəyərlərin yaşadıldığını, xalqların bir-birinə hörmət prinsipi əsasında mehriban birgəyaşayışa malik olduqlarını və öz hüquqlarından sərbəst şəkildə istifadə etdiklərini göstərir.
“Türkcə təhsil milli özünüdərkin gücləndirilməsi ilə yanaşı, Türk dünyasına hərtərəfli inteqrasiya baxımından da önəmlidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu gün yeni geosiyasi reallıqların yarandığı, müxtəlif çağırışların meydana çıxdığı şəraitdə dövlətçilik maraqlarının, milli-mənəvi dəyərlərin qorunması hər zaman olduğundan daha aktual və vacibdir. Ona görə də türkdilli toplumlar arasında sıx əlaqələrin qurulması zəruridir. Milli-etnik dözümlülüyün mövcud olduğu və demokratiyanın təşəkkül tapdığı Şimali Makedoniyada məskunlaşmış türk toplumu istər tarixi ənənələrin yaşadılması, istərsə də müasir dəyərlər və çağırışlar əsasında Türk dünyasına inteqrasiya baxımından öz fəallığı ilə seçilir”, – deyə Tahir Budaqov bildirib.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dost ölkələrlə, o cümlədən Şimali Makedoniya ilə münasibətlərin inkişafına böyük önəm verməklə yanaşı, Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də məqsədyönlü addımlar atır. Öz növbəsində, Yeni Azərbaycan Partiyası da qardaş xalqların, dost ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın genişləndirilməsi üçün məqsədyönlü addımlar atır. “Yeni Azərbaycan Partiyası ilə Şimali Makedoniyanın Türk Demokratik Partiyası arasında münasibətlərin inkişafı ilə bağlı qarşılıqlı siyasi iradə nümayiş etdirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, 2022-ci ilin mayın 10-da Türk Demokratik Partiyasının sədri cənab Beycan İlyasın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və səfər çərçivəsində Əməkdaşlıq Protokolunun imzalanması, 2022-ci ilin noyabrında isə Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirinə, eyni zamanda, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda Bakıda keçirilmiş xüsusi konfransına qatılaraq çıxış etməsi nəinki partiyalarımız, ümumilikdə iki dövlət arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaratmışdır. İnanırıq ki, birgə təşəbbüslərimiz və sıx əməkdaşlığımız bundan sonra istər partiyalarımız, istər ölkələrimiz, istərsə də Türk dünyası üçün əhəmiyyətli uğurlar qazanmağa və ortaq hədəflərə çatmağa imkan verəcək”, – deyən Tahir Budaqov Şimali Makedoniya türklərini milli birlik rəmzi və mənəvi-siyasi inkişaf amili olan Türkcə Təhsil Bayramı münasibətilə təbrik edərək xalqlarımızı işıqlı sabaha – parlaq gələcəyə aparan tərəqqi yolunda birlikdə addımlamağı və yeni-yeni nailiyyətlər qazanmağı arzulayıb.
Daha sonra çıxış edən Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, Türkcə Təhsil Bayramının qeyd edilməsinin əhəmiyyətindən, ölkədə həyata keçirilən siyasətin milli birliyə xidmət etməsindən bəhs edib, Şimali Makedoniya türklərinə fəaliyyətlərində uğurlar diləyib.
Tədbir bədii hissi ilə davam edib, tanınmış sənətçilərin vətənpərvərlik ruhunda ifaları maraqla qarşılanıb.
kaynak:http://www.yap.org.az/az/view/news/70243/shimali-makedoniyada-turkce-tehsil-bayrami-munasibetile-tenteneli-tedbir-kechirilib
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniyada Türkcə Təhsil Bayramı münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edib.https://t.co/1gd5wwyT4s pic.twitter.com/qAYaIvRwsA
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) December 22, 2022
Мемлекет басшысы Қазақстан гимнастика федерациясының президенті Әлия Юсупованы қабылдады
Cumhurbaşkanı Ersin Tatar, 21-25 Aralık Millî Mücadele ve Şehitler Haftası dolayısıyla Lefkoşa Şehitler Abidesi önünde düzenlenen anma törenine katıldı.
Working meeting with the Ambassadors of Tajikistan
Cumhurbaşkanı Ersin Tatar, Atatürk Melek Lisesi tarafından hazırlanan Şehitleri Anma Programına katıldı
رسالة من رئيس مجلس إدارة أسفا القابضة آساف أتاسوي بمناسبة “يوم ذكرى شهداء ساريقاميش”
ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN ‘’SARIKAMIŞ ŞEHİTLERİNİ ANMA GÜNÜ’’ MESAJI