Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“STMEGİ” Fondunun vitse-prezidentinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

“STMEGİ” Fondunun vitse-prezidentinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
REKLAM ALANI

 

 

 

“STMEGİ” Fondunun vitse-prezidentinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

, 2023

 

 

 

 

“STMEGİ” Fondunun vitse-prezidentinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun vitse-prezidenti İsay Zaxaryayevlə görüşüb.

 

 

 

 

 

Qonağı məmnunluqla salamlayan Komitə sədrinin birinci müavini “STMEGİ”nin soydaşlarımızın bir araya gəlməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib.

Hazırda Rusiya Federasiyasında yaşayan həmyerlimizi qarşıdan gələn 50 illik yubileyi münasibətilə təbrik edən V.Hacıyev Azərbaycan diasporunun inkişafına verdiyi töhfələrinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını ona təqdim edib.

 

 

 

 

İ.Zaxaryayev fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Görüşdə Komitənin Aparat rəhbəri Daşqın Rəcəbli də iştirak edib.

 

 

 

 

Qeyd edək ki, İsay Raşbiloviç Zaxaryayev 1973-cü ildə Quba rayonunun Qırmızı qəsəbəsində tanınmış jurnalist Raşbil Xaqayeviç Zaxaryayevin ailəsində anadan olub. Ali hüquq təhsili alıb. Xeyriyyəçilik, sahibkarlıq və investorluq fəaliyyəti ilə məşğuldur. 2001-ci ildə Zaxaryayevlər ailəsinin Moskvada yaratdığı Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu – “STMEGİ”-nin əsas fəaliyyət istiqaməti dünyanın müxtəlif şəhərlərində icma həyatının təbliği, dağ yəhudilərinin adət və ənənələrinin qorunmasıdır.

 

 

 

 

 

İsay Zaxaryayevin vitse-prezidenti olduğu “STMEGİ” Fondu İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ilə sıx əməkdaşlıq edir və dost ölkədə Azərbaycan mədəniyyətinin təbliği, mədəni irsimizin gənc nəslə ötürülməsi istiqamətində həyata keçirilən layihələri dəstəkləyir. Fond ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə kömək edir və işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası prosesində fəal iştirak edir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stmegi-fondunun-vitse-prezidentine-diaspor-fealiyyetinde-xidmete-gore-medali-teqdim-edilib-3279

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.