Torontodakı icmamız Ermənistanın ekoloji təxribatı ilə bağlı kanadalı parlamentarlara müraciət edib
24 iyun, 2023
Torontodakı icmamız Ermənistanın ekoloji təxribatı ilə bağlı kanadalı parlamentarlara müraciət edib
Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
#Kanada da yaşayan #Azərbaycan icması ölkəmizlə sərhəddə #Ermənistan ın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
📌 https://t.co/gmEKeuztl2 pic.twitter.com/l3wzE8H81e
— Azerbaijani Diaspora (@DiasporaAz) June 24, 2023
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi adından Kanada parlamentinin üzvlərinə və “Greenpeace” beynəlxalq ekoloji təşkilatına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Azərbaycan əsilli kanadalılarda dərin narahatlıq hissi doğurub.
#Kanada da yaşayan #Azərbaycan icması ölkəmizlə sərhəddə #Ermənistan ın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
📌 https://t.co/gmEKeuztl2 pic.twitter.com/l3wzE8H81e
— Azerbaijani Diaspora (@DiasporaAz) June 24, 2023
Belə zavodun inşası Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Nəzərə çatdırılıb ki, həmin müddəalara əsasən, Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalıdır.
#Kanada da yaşayan #Azərbaycan icması ölkəmizlə sərhəddə #Ermənistan ın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
📌 https://t.co/gmEKeuztl2 pic.twitter.com/l3wzE8H81e
— Azerbaijani Diaspora (@DiasporaAz) June 24, 2023
Ermənistanın mütəmadi olaraq beynəlxalq və ekoloji hüquq normalarını pozduğuna diqqət cəlb edilib. Qeyd edilib ki, bir müddət əvvəl Azərbaycan tərəfi Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış edib və bu, qonşu ölkənin Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılması ilə nəticələnib. Bundan başqa, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir.
#Kanada da yaşayan #Azərbaycan icması ölkəmizlə sərhəddə #Ermənistan ın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti yolverilməz addımla bağlı yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
📌 https://t.co/gmEKeuztl2 pic.twitter.com/l3wzE8H81e
— Azerbaijani Diaspora (@DiasporaAz) June 24, 2023
Ermənistanın ekoloji təxribatını sərt şəkildə pisləyən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi kanadalı parlamentarları və “Greenpeace” təşkilatını öz qanunsuz əməlləri ilə Azərbaycanın və regionun ekoloji mühiti üçün təhlükə törətməklə məşğul olan Ermənistana güclü təzyiq göstərməyə çağırıb.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/torontodaki-icmamiz-ermenistanin-ekoloji-texribati-ile-bagli-kanadali-parlamentarlara-muraciet-edib-3164
TESHİDER TÜM TEMİZLİK SEKTÖRLERİ VE HİZMETLERİ DERNEK BAŞKANI AYNI ZAMAN DA ARENA VE SANAT TEMİZLİK İLAÇLAMA ŞİRKETLERİ YÖNETİM KURULU BAŞKANI OSMAN GÜLAÇTI`DAN YENİ YIL MESAJI
TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN YENİ YIL MESAJI
DOÇ. DR. SERVET AVŞAR`DAN YENİ YIL MESAJI
ASKA GRUP TEKSTİL YÖNETİM KURULU BAŞKANI ABDÜLKADİR ARSLAN `DAN YENİ YIL MESAJI
TURAN TEŞKİLATI GENEL BAŞKANI NESLİHAN YÜRÜKSOY’ DAN YENİ YIL MESAJI
SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN YENİ YIL MESAJI